Текст песни YVG

Tanış olduğun adamın iç üzü nə rəngdir
Bəlkə qara qəlbini ağarda bilib əhəngdir
Zay çıxanlara görə pis olma bu dünya nəhəngdir
Adamdan çox adam var yola ver getsin
Alınmırsa sevgi sən qəlbini qırıb
Bu qədər dərindən bilsək kim
Məsləhət verim mən varlı Papa Kiyosaki
Otur burada sakit naz edirsə nazına ki yola ver getsin
İş yerində vayvay
Hökm sürür ortalıqda tapşırıq və dayday
Maaşı gözlə ay sonuna qədər açıq olsun təki WiFi
Sonra LinkedIndə byebye yazıb yola ver getsin
Sən özün də bilirsən
Bu şəhərdə təmiz qalan yüzündən birisən
Pisliyini istəyənləri üzündən bilirsən
Ayağından çəkən olsa ayaqqabının bir tayın ona ver getsin
Hamı burada
Danışır həvəslə yenə puldan
Kinomuz ölüb amma hamı rolda
Qoyub gedəcəklər yarı yolda
Lalala lalala
Hamı burada
Danışır həvəslə yenə puldan
Kinomuz ölüb amma hamı rolda
Qoyub gedəcəklər yarı yolda
Lalala lalala
Süni intellekt alacaq işimizi bizim əlimizdən
Hirslənmə bir üzdəyik axırsa alın təri bizdən
Nə olacaq bu işin axırı Yazdım Dişim ağrıyır
Cavab verdi ChatGPT Döz yola ver getsin
Elə bil keçmişdəyik calendarda daş ili
Evdə dovşan olanlardır atır TikTokda şiri
Mədəniyyət ölüb deyəsən gəlir burnuma aş iyi
Ehsanımız boldur yola ver getsin
Bürclər olub Sensei
Ulduzlara hörmətimizə paxıllıq edir USA
Merkurinin beyni çönüb gərəkdir asta olum
Hər şeyin yaxşısını bilən astroloqum deyir ki Yola ver getsin
Həyatımın iyirmi faizi gedib yoxdur güzəşti abi
Mən öləndən sonra da yaşayaram ən azı 180 il
Siz embrion idiz yazanda Mavi Qızılgülləri
Al bu gübrəni ona ver getsin tez ol ver
Hamı burada
Danışır həvəslə yenə puldan
Kinomuz ölüb amma hamı rolda
Qoyub gedəcəklər yarı yolda
Lalala lalala
Hamı burada
Danışır həvəslə yenə puldan
Kinomuz ölüb amma hamı rolda
Qoyub gedəcəklər yarı yolda
Lalala lalala

Комментарии

Минимальная длина комментария - 50 знаков. комментарии модерируются
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!
Muz.Zone » Русские песни 2024 » Orkhan Zeynalli - YVG