Текст песни Kaş Ki Mən Dəniz Olaydım

Kaş ki mən dəniz olaydım
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Səssiz yuxusuz sussaydım
Nəfəsdən oyanıb gecədən utanan günəş kimi
Gördüm gözlərində mən səndən çəkinən öz əksimi
Bəlkə də ömründə məni son dəfə sevirsən
Birgə biz gəldiyimiz yolları bil tənha dönəcəksən
Amma yuxuna gələcəyəm
Gözlərindən öpəcəyəm
Ayrılıqsa şirin olur vüsaldan
Sanma dinləyərəm yalnız mən səni
Sevərəm mən özgəsini geniş dünyada
Kaş ki mən dəniz olaydım
Dalğaları dəli
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Ya sapsarı xəzəl
Səssiz yuxusuz sussaydım
Kaş ki mən dəniz olaydım
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Səssiz yuxusuz sussaydım
Sevgidən usanıb xəyala qovuşan ömür qədər
Duydum tənhalıqda mən sənsiz çəkərmiş ürək nələr
Bəlkə də ömrümdə səni ilk dəfə sevirəm
Birgə biz gəldiyimiz yolları bil tənha dönəcəksən
Sanma sevdanı çəkəcəyəm
Vüsalına dözəcəyəm
Xəyalınsa geri dönür yuxuda
Sanma dinləyərəm yalnız mən səni
Sevərəm mən özgəsini geniş dünyada
Kaş ki mən dəniz olaydım
Dalğaları dəli
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Ya sapsarı xəzəl
Səssiz yuxusuz sussaydım
Kaş ki mən dəniz olaydım
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Səssiz yuxusuz sussaydım
Kaş ki mən dəniz olaydım
Dalğaları dəli
Sahilə sadiq qalaydım
Yuxulu payız olaydım
Ya sapsarı xəzəl
Səssiz yuxusuz sussaydım

Комментарии

Минимальная длина комментария - 50 знаков. комментарии модерируются
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!
Muz.Zone » Русские песни 2024 » Sevda Ələkbərzadə - Kaş Ki Mən Dəniz Olaydım