Текст песни Sahillər

Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan gözəlim hardasan
Qışmı qəlbin ya bahardasan
Bir axşam taksidən payıza
Ələlə qaçarıq sənlə uzağa harasa
Bu dünyada tapa bilmədik biz özümüzə ev
Darısqal buralar bizə darısqal
Ürəyimizi sıxırdı şəhərin
Necə olarları nə edərləri
Xatirələri qatladıq səliqəli çantamıza atdıq
Və çıxardıq yaddan
Orda hamı mini king mikro imperator
Biz isə azadıq dənizlərdə biz piratıq
Bizim azadlığımız onların qorxulu yuxusu
Yuxularına biz haram qatırıq
Rahatlığı biz sərgüzəştlərə satırıq
Titanik batır biz qalxırıq aysberqin üstünə
Kömək gələnə kimi qalın şubalara bürünürük
Ulduzlara baxırıq
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan gözəlim hardasan
Qışmı qəlbin ya bahardasan
Bir axşam taksidən payıza
Fikirlərimiz uçar uzağa harasa
Retroqradın küçələri dolu
Yalan dəyərlər ilə
Hara baxsan hamı yarasa
Dalanların arası ilə
Ayaqların hələ də o şəhəri gəzərmi
Xəzrilər əsərmi
Xatirələrim yarımçıq əsər
Amma eşitmişəm Bakını tərk edir Xəzər
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan gözəlim hardasan
Qışmı qəlbin ya bahardasan
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan gözəlim hardasan
Qışmı qəlbin ya bahardasan

Комментарии

Минимальная длина комментария - 50 знаков. комментарии модерируются
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!
Muz.Zone » Русские песни 2024 » Qaraqan - Sahillər